“Günəşli” yatağındakı qəza zamani itkin dusənlərin axtarışları davam etdirilir

15:48 13 Dekabr 2015
72 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 dekabr, AZƏRTAC
“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi (FHN) aidiyyəti üzrə tədbirlərini davam etdirir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hazırda nazirliyin, helikopterləri və bir təyyarəsi itkin düşənlərin axtarışını aparır. Bundan əlavə, bir gəmi yanğının söndürülməsi, iki gəmi isə mümkün neft dağılmalarının qarşısını almaq üçün cəlb olunub.
Həmçinin FHN-in Dövlət Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri sahilboyu müşahidə işləri aparır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gunesli_yatagindaki_qeza_zamani_itkin_dusenlerin_axtarislari_davam_etdirilir-910900

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR