Taksidə qəzaya düşdülər: 4 yaralı - FOTO

Taksidə qəzaya düşdülər: 4 yaralı - FOTO
16:05 13 Dekabr 2015
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Qax şəhərinin Natavan küçəsində ağır yol qəzası baş verib.

"Report" xəbər verir ki, iki "VAZ 2106" markalı avtomobilin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.
Hadisə nəticəsində yaralanan Qax şəhər sakinləri - avtomobillərdən birinin ("34-BD-293" qeydiyyat nişanlı) sürücüsü, 1993-cü il təvəllüdlü Züliyev Ramazan İlqar oğlu, taksi xidməti ilə məşğul olan digər avtomobilin ("34-BB-512" qeydiyyat nişanlı) sürücüsü, 1955-ci il təvəllüdlü Məmmədov Məmməd Qədir oğlu, onun sərnişinləri - 1968-ci il təvəllüdlü Rəcəbova Ceyran və 1971-ci ci il təvəllüdlü Məmmədova Həyat Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə Qax Rayon Dövlət Yanğından Mühafizə Xidmətinin bir yanğınsöndürən maşını cəlb olunub.
Faktla bağlı Qax Rayon Polis şöbəsində araşdırma aparılır.

Milli.Az


















RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR