Ümummilli lider Heydər Əliyevin xatirəsi Bern şəhərində anılıb

Ümummilli lider Heydər Əliyevin xatirəsi Bern şəhərində anılıb
18:08 13 Dekabr 2015
35 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 dekabr, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin vəfatının 12-ci ildönümü münasibətilə Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfirliyi tərəfindən Bern şəhərində anım mərasimi keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Mərasimi giriş sözü ilə açan ölkəmizin İsveçrə Konfederasiyasındakı səfiri Əkrəm Zeynallı müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevi tarixin yetirdiyi ən dahi şəxsiyyətlərdən biri olduğunu vurğulayıb. Azərbaycan tarixinin 30 ildən artıq bir dövrü, bu illər ərzində xalqımızın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrinin dirçəlişi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizə rəhbərlik etdiyi bu illər ərzində Ümummilli Lider Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyıb, onu bir dövlət, xalqımızı isə bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarıb, ölkənin gələcək inkişaf strategiyasını müəyyən edib, onun həyata keçirilməsi üçün mühüm addımlar atıb. Məhz bu işlərin bəhrəsidir ki, xalqımız öz dahi oğlunu unutmur, nəyinki Azərbaycanda, həm də ölkəmizin hüdudlarından kənarda Ulu Öndərin əziz xatirəsi silsilə tədbirlərlə yad edilir.
Azərbaycançılıq məfkurəsinin ideoloji əsaslarını qoyan Ulu Öndərin müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli mənəvi dəyərlərə qayıdış, elmin, təhsilin və mədəniyyətin inkişafındakı roluna xüsusi diqqət yetirən Əkrəm Zeynallı, onun rəhbərliyi altında müəyyənləşdirilmiş xarici və daxili siyasətin nəticəsində Azərbaycanın dünya ölkələri arasında öz layiqli yerini tutduğunu vurğulayıb.
Ulu Öndərin qurucusu olduğu müstəqil Azərbaycanın bu gün etibarlı əllərdə olduğunu qeyd edən səfir, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş daxili və xarici siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Səfir, ölkəmizin bütün sahələrdəki sürətli inkişafının əsasında Heydər Əliyev uzaqgörənliyinin, dahiliyinin və yüksək amallarının dayandığını qeyd edib.
Daha sonra qonaqlara Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr barədə məlumat verən Ə.Zeynallı Fondun öz çoxşaxəli fəaliyyəti ilə Ulu Öndərin yüksək amallarını yaşatdığını vurğulayıb.
Sonra Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunmuş “Vətənə, xalqa həsr edilən ömür” adlı sənədli film nümayiş etdirilib.
Tədbir iştirakçıları Fransadan dəvət olunmuş “Accord Parfait” simli kvartetinin ifasında Azərbaycan və qərb bəstəkarlarının klassik əsərlərini dinləyib, həmçinin Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş fotosərgi ilə tanış olublar.
Anım mərasimində İsveçrədəki Azərbaycan və türk diasporunun üzvləri, diplomatik korpusun nümayəndələri və bu ölkədə təhsil alan tələbələrimiz iştirak ediblər.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Umummilli_lider_Heyder_Aliyevin_xatiresi_Bern_seherinde_anilib-910913

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR