FHN, SOCAR və BP mümkün neft dağılmaları ilə mübarizə üçün işçi qrupu yaradıb

FHN,  SOCAR və BP mümkün neft dağılmaları ilə mübarizə üçün işçi qrupu yaradıb
18:13 13 Dekabr 2015
57 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi aidiyyəti üzrə tədbirlərini davam etdirir.

Trend Nazirliyin saytına istinadən xəbər verir ki, hazırda Fövqəladə Hallar Nazirliyinin “Vixr-5” və “Vixr-8” tipli 2 gəmisi yanğının söndürülməsi, 2 helikopteri və “B-200ÇS” təyyarəsi itkin düşənlərin axtarışını aparır.

Həmçinin, nazirliyin Dövlət Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri sahilboyu müşahidə işləri aparır. Bunnan başqa “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar mümkün neft dağılmaları ilə mübarizə üçün Fövqəladə Hallar Nazirliyi, SOCAR və BP şirkəti olmaqla işçi qrupu yaradılıb.

Ərazini mümkün neft dağılmalarından qorumaq məqsədi ilə su səthinə Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza–Xilasetmə Xidmətinin çoxtəyinatlı və çoxfunksiyalı “Svetlomor” və “Sunmar” gəmiləri tərəfindən bon çəpərləri qurulur.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2469031.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR