Ukrayna sərhədində azərbaycanlılar saxlanılıb

Ukrayna sərhədində azərbaycanlılar saxlanılıb
18:16 13 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+

Ukraynanın Polşa sərhədində yerləşən Volın vilayətində sərhəd xidməti meşədə bir qrup qafqazlını saxlayıb.

ANS PRESS-in məlumatına görə, yerli sakinlər xidmət əməkdaşlarına sərhəddə qafqazlı görünüşlü şübhəli şəxslərin olması haqqında xəbər veriblər.

Məlum olub ki, həmin şəxslər azərbaycanlıdırlar və şam ağacı almaq üçün meşəbəyilərin yanına gəliblər. Ukraynanın dövlət sərhəd xidmətinin əməkdaşları sərhəddə axtarış zamanı həmin şəxsləri aşkarlayıblar.



Araşdırıldıqdan sonra həmin qafqazlıların sərhədi qeyri-qanuni keçmək istəmədikləri müəyyən edilib. Onlar şam ağacı almaq üçün yerli meşəbəyilərlə əvvəlcədən razılaşıblar. Saxlanılan şəxslər daha sonra bu ağacları Xerson və Odessa vilayətlərində satmağı planlaşdırıblar.

İndi saxlanılan azərbaycanlılar şəxsiyyəti təsdiq edən sənədlər olmadan sərhəd zolağında olmağa görə inzibati məsuliyyətə cəlb ediliblər.


Ukraynanın Xerson və Odessa vilayətlərinin mərkəzi şəhərləri

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR