Nüvə müharibəsi başlanır?

Nüvə müharibəsi başlanır?
18:32 13 Dekabr 2015
120 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putin nüvə müharibəsi zamanı istifadə ediləcək tam təchizatlı təyyarənin hazırlanması haqqında göstəriş verib.

Publika.az xəbər verir ki, bu barədə Daily Miror məlumat yayıb.  Rusiyanın hərbi inventarına daxil olan İlyuşin İL-80 modelinin modifikasiya olunmuş versiyası olacaq təyyarənin radar sistemlərində görünməyəcəyi bildirilir.
 
Təyyarə Rusiyanın yerdəki idarə mərkəzi təhlükədə olacağı təqdirə bütün məsuliyyəti öz üzərinə götürəcək. Bunun üçün hava gəmisində bütün imkanlar yaradılacaq.
 
Nüvə başlıqlarının da yer alacağı təyyarə müharibə ərəfəsində bütün yüksək rütbəli hərbçilərin fəaliyət göstərəcəyi bir özəlliyə sahib olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/389895.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR