"Bu sual çeynənmiş saqqız kimidi" - Əsgər Abdullayev

"Bu sual çeynənmiş saqqız kimidi" -   Əsgər Abdullayev
18:37 13 Dekabr 2015
34 İdman
Ölkə mətbuatı
A- A+

Əsgər Abdullayev "Qəbələ" ilə oyunla (1:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Neftçi”nin baş məşqçisi bunları deyib:


"İki fərqli hissə izlədik. İlk hissədə daha yaxşı futbol oynadıq. Fasilədən sonra düşündük ki, rəqibi əks-hücumda tutaq. Amma düşündüklərimizi yerinə yetirə bilmədik. Buna rəğmən, qələbə hesabını qoruyub saxlaya bildik. 


Komandada qalıb-qalmayacağımla bağlı sual bir aydı ki, davam edir. Bu sual çeynənmiş saqqız kimidi. Bilirdim ki, yenə bu sual olacaq. Hər şey Allahın qismətidi. 


Filyonun əsas heyətdə meydançaya çıxması təsadüfi deyildi. Son məşqlərdə onu daha “diri” gördüm. Başla yaxşı oynamağı bacaran futbolçunu start heyətində meydançaya buraxdım və sevindirici haldır ki, yanılmadım. 


Zədəli oyunçularımız var. Elşən Abdullayev əməliyyat olunub, Araz Abdullayev isə zədədən yeni qayıdıb. Futbolçular formaya düşdükdən sonra heyətdə rəqabət artacaq. İndiki vəziyyətdə futbolçular özlərinə inanmalıdrlar”. 


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbu-sual-ceynnmi-saqqz-kimidiquot-t46111.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR