Yevlaxda taxıl əkinləri artırılıb

18:38 13 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Yevlax, 13 dekabr, AZƏRTAC
Yevlax rayonunda kəndli fermerlər və torpaq mülkiyyətçiləri taxıl səpinini başa çatdırmaq üçün bütün qüvvələri səfərbər ediblər.
Yevlax rayon statistika idarəsindən AZƏRTAC-a bildiriblər ki, bu günədək 21030 hektarda şum aparılıb, 11100 hektarda taxıl, o cümlədən 5170 hektarda buğda, 4900 hektarda arpa, 1030 hektarda yaşıl yem üçün arpa səpilib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə dən və yaşıl yem üçün payızlıq bitkilər 750 hektar çoxdur.
Qeyd edək ki, rayon taxılçıları cari ildə 10010 hektar sahədən 32867 ton məhsul tədarük ediblər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR