Bədəni gözəlləşdirən şokolad maskası

Bədəni gözəlləşdirən şokolad maskası
19:17 13 Dekabr 2015
70 Sosial
Ölkə mətbuatı
A- A+

Çoxları "baxımlı" olmaq deyəndə ancaq üz və əl dərisinə qulluq etməyi başa düşür. Halbuki, dəriyə mütəmadi olaraq qayğı lazımdır. Əks halda, yaşlanmanın qarşısını ala, quru və problemli dəridən xilas ola bilməzsiniz.

Publika.az daim gözəl qalmaq istəyən xanımlar üçün şokoladlı bədən maskasını təqdim edir:
 
Tərkibi:
10 damcı portağal yağı
50 qram kakao tozu
2 xörək qaşığı dəmlənmiş yaşıl çay
50 qram gil
50 qram aloe-vera geli
 
Hazırlanması:
 
Bir kasaya sıra ilə kakao tozunu, gili və aloe-vera gelini əlavə edib qarışdırın. Qarışığa yaşıl çay, portağal yağı əlavə edib təkrar qarışdırın. Maska çox duru olmamalıdır. Həddən artıq duru olsa, gilin miqdarını çoxaldıb məcun əldə edin. Daha sonra maskanı fırça ilə bütün bədənə çəkin. 15­-20 dəqiqə gözlədikdən sonra yuyunun.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/389903.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR