Bakı, 13 dekabr, AZƏRTAC
Azərbaycan vikipediyasının genişləndirilməsi layihəsinə start verilir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Azərbaycan həqiqətlərinin vikipediya vasitəsilə təbliği” layihəsi ölkə həqiqətlərinin təbliğinin gücləndirilməsinə böyük töhfə verəcək.
2016-cı ilin aprel ayına kimi davam edəcək layihəyə Azərbaycanın ilk elektron ensiklopediyasının yaradıcısı Jalə Orucova başçılıq edir.
J.Orucova bildirib ki, layihə vasitəsilə vikipediyaya yüzlərlə məlumat yerləşdiriləcək. Bu məlumatlar da Azərbaycan vikipediyasının inkişafında böyük rol oynayacaq. AzEns.az saytı vasitəsilə indiyədək vikipediyada 200-dən çox məlumat yer alıb.