"Uğur qazanmalı olduğumu başa düşürəm"

"Uğur qazanmalı olduğumu başa düşürəm"
20:32 13 Dekabr 2015
19 İdman
Ölkə mətbuatı
A- A+

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Valensiya"nın baş məşqçisi Hari Nevill sabiq klubu - "Mançester Yunayted"i çalışdırmaq haqda düşünmədiyini etiraf edib: "Xeyr, özümü "Mançester Yunayted"in baş məşqçisi kimi görmürəm. Həyatda konkret hədəflərim olsa da, sabiq klubumu çalışdırmaq fikrim yoxdur.

"Valensiya"dakı işim təcrübə qazanmaq baxımdan mənim üçün çox vacibdir. Uğur qazanmalı olduğumu başa düşürəm. Komandam inkişaf etsə, bunu uğur saya biləcəyəm. 
Futbolda nəticənin əsas olduğunu anlayıram, ancaq karyeramı bitirəndən sonra bu oyuna heç vaxt yalnız bu nöqteyi-nəzərdən baxmamışam", - deyə ingiltərəli bildirib.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/389917.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR