Levandovski 3-cü pilləyə yüksəldi

Levandovski 3-cü pilləyə yüksəldi
20:47 13 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+

Bundesliqanın 16-cı turunda "İngolstadt"a 2 cavabsız qolla qalib gələn "Bavariya" liderliyini möhkəmləndirib. Bu oyun münhenlilərin hücumçusu Robert Levandovski üçün xüsusilə əlamətdar olub. Milli.Az goal.az-a istinadən xəbər verir ki, matçda hesabı açan polyak hücumçu Bundesliqada 106-cı qolunu vurmaqla legioner bombardirlər siyahısında 3-cü pilləyə yüksəlib. Onun aktivində isveçrəli Stefan Şapyuza və Ayltonla eyni sayda qol var. Bu baxımdan lider "Werder"in hücumçusu Klaudio Pizarrodur. O, indiyə kimi 177 dəfə fərqlənib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/389916.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR