Bakıda kitabxananı bağlayıb, yerində turizm şirkəti açdılar

Bakıda kitabxananı bağlayıb, yerində turizm şirkəti açdılar
21:05 13 Dekabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+

Bakıdakı Bülbül prospektində yerləşən usaq kitabxanasını bağlayıb, yerində turizm idarəsi açıblar. Milli.Az modern.az-a istinadən bildirir ki, bu barəıdə məlumat verən "Əli və Nino" kitab evinin rəhbəri Nigar Köçərli olaya etirazını bildirib.

"Əlbəttə, turizm ölkənin inkişafi üçün sözsüz ki, vacib sahədir. Bəs mütaliə? 
İnqlab prospektində də kitabxana var idi, yerində bir neçə il əvvəl santexnika mağazası açdılar. Deyəsən, bizə demək istədikləri budur: butiklər, restoranlar, turizm, hetta santexnika mağazaları kitabdan, mütaliə edən insandan daha üstündür..." - deyə N.Köçərli narazılığını ifadə edib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR