Romada Liviya böhranına dair beynəlxalq konfrans keçirilib

Romada Liviya böhranına dair beynəlxalq konfrans keçirilib
21:13 13 Dekabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+


Roma, 13 dekabr, AZƏRTAC
Dekabrın 13-də Romada Liviya böhranına dair beynəlxalq konfrans keçirilib. İtaliyanın xarici işlər naziri Paolo Centiloni, ABŞ-ın dövlət katibi Con Kerri və BMT-nin Liviya üzrə xüsusi nümayəndəsi Martin Koblerin həmsədrliyi ilə keçirilmiş tədbirdə Liviyanın rəsmi nümayəndələri, Avropa institutlarının və müxtəlif regional təşkilatların təmsilçiləri, Misir, Əlcəzair, Çad, Mərakeş, Nigeriya, Türkiyə və digər dövlətlərin nazirləri iştirak ediblər.
Liviya prosesinin önəmli bir mərhələsində keçirilən tədbirin əsas məqsədi problemin nizamlanmasına dair yekun razılığa gəlmək, humanitar çağırışlara cavab vermək, ölkədə stabilliyin bərpa olunması, sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması, eyni zamanda, terrorizm və insan alveri ilə mübarizə istiqamətində müzakirələr aparmaqdır.
Liviya prosesinə verdiyi töhfələrə görə İtaliya hökumətinə minnətdarlığını bildirən C.Kerri Liviyadakı boşluğun ekstremistlər tərəfindən zəbt olunduğunu və bu halın ölkəni xaosa sürüklədiyini deyib. Qeyd edib ki, Liviyanın gələcəyi üçün yeganə qanuni yol milli birlik hökumətinin yaradılmasıdır.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR