"Əvvəlki oyunda qalib gəlsək də..." - Qurban Qurbanov

"Əvvəlki oyunda qalib gəlsək də..." -   Qurban Qurbanov
22:22 13 Dekabr 2015
32 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Topaz Premyer Liqasında XVI tura yekun vurulub. Turun son oyununda "Qarabağ" səfərdə "Zirə" ilə 0:0 bərabərə qalıb.

Zirə qəsəbə stadionundakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Qurban Qurbanov heç-heçəni belə şərh edib:

“Hər iki komanda ehtiyatlı oynadı. Ancaq maraqlı oyun alındı. Qalib gəlmək üçün bir neçə dəyişiklik etdik, ancaq alınmadı. Futbolçulardan razıyam” .

- İlk dövrədə "Qarabağ" böyük hesabla qalib gəlmişdi. Bu oyun isə heç-heçə bitdi...
- Bu oyunda komandamın çıxışından razıyam. Əvvəlki oyunda qalib gəlsək də, qollardan 3-ü standart vəziyyətlərdən vurmuşduq. Bu dəfə isə rəqib standart vəziyyətlərdə daha diqqətli idi. Bir daha şahid olduq ki, çempionatda hər bir komanda xal qazanmağa qadirdi. Rəqib göstərdiyi oyuna görə ilk 3 pilləyə layiqdi.

- "Qarabağ" xal qazansa da, rəqibləri xal itirir. Komandada buna görə arxayınlıq yoxdu ki?
- Futbolçularda arxayınlıq yoxdu. Bu mövsüm başlayandan mən komandada belə bir şey hiss etməmiəm. Sadəcə, bəzi oyunlarda fiziki yorğunluq olur.

- Maksim Medvedev bir müddət sol cinahda oynasa da, bu gün yenə sağda oynadı. Bu onun sol cinahda ümidləri doğrultmamasıyla bağlı idi?
- Xeyr, mən onun oyunundan hər iki mövqedə razıyam.(qafqazinfo)

Qaynar.infp

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotvvlki-oyunda-qalib-glsk-dquot-t46115.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR