İran səfiri: "Bu istəyin reallaşması üçün..."

İran səfiri: "Bu istəyin reallaşması üçün..."
22:27 13 Dekabr 2015
46 Digər
Ölkə mətbuatı
A- A+

İran ilə Azərbaycan arasındakı qaz mübadiləsinin həcmi 1 milyard kubmetrdir. İran Astara sərhəddində qazı Azərbaycandan alır və "swap" əməliyyatı ilə Naxçıvan Muxtar Respublikasına ötürür.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri yerli mətbuata verdiyi açıqlamada İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.

Səfir bildirib ki, Naxçıvanın soyuq iqlimi ilə əlaqədar olaraq Azərbaycan muxtar respublikaya İran vasitəsilə daha artıq həcmdə qaz ötürmək istəyir və bu məsələ dövlətlər arasında müzakirə olunur.

M. Pakayin vurğulayıb ki, İran və Azərbaycan enerji, ticarət, mədəniyyət sahələrində daha geniş əməkdaşlıq imkanlarına malikdir və hər iki dövlət bu imkanlardan istifadə edib əlaqələri genişləndirmək istəyir. Bu istəyin reallaşması üçün hər iki tərəf ciddi iradə göstərir.

Səfir qeyd edib ki, İran və Azərbaycan Əmmandən Qara dənizə qədər uzanan bir dəhlizin yaranmasında mühüm rol oynaya bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/389938.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR