Külək qatarı körpüdən avtomobil yoluna aşırdıb - FOTO

Külək qatarı körpüdən avtomobil yoluna aşırdıb - FOTO
22:52 13 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Texas ştatının Lafkin şəhəri yaxınlığında yük qatarının bir neçə vaqonu körpüdən aşıb.

Milli.Az "report"a istinadən xəbər verir ki, vaqonlar ştatda tüğyan edən şiddətli külək nəticəsində avtomobil yoluna düşüb.
Hadisədən dərhal sonra polis avtomagistralı və dəmir yolunu bağlayıb. Zərər çəkənlər barədə məlumat yoxdur.
Bundan əlavə, polis ağır hava şəraiti səbəbindən Texas sakinlərinə imkan daxilində səfərlərdən imtina etməyi tövsiyə edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/389942.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR