"Natiq" ritm qrupu Hollivud ulduzu ilə məşqdə - video

"Natiq" ritm qrupu Hollivud ulduzu ilə məşqdə - video
23:21 13 Dekabr 2015
31 Şou
Ölkə mətbuatı
A- A+

Dekabrın 16-ı və 17-də Heydər Əliyev Mərkəzində konsert proqramı ilə çıxış edəcək məşhur Hollivud ulduzu Stiven Siqal bu gün Bakıda ilk məşqini edib.

Axşam.az Report-a istinadən xəbər verir ki, Heydər Əliyev Mərkəzinin səhnəsində keçirilən məşqdə “Natiq” ritm qrupunun üzvləri də olub.

Belə ki, Bakı konsertində Stiven Siqal Azərbaycan ritmlərindən ibarət kompazisiya da təqdim edəcək.

İki gün keçiriləcək konsertdə izləyiciləri digər maraqlı musiqi təqdimatları da gözləyir. Konsertin biletlərini Mərkəzin kassasından əldə etmək olar.

Bu gün keçirilən məşqdən qısa videonu sizə təqdim edirik.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42417

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR