Ronaldodan homoseksual olması xəbərinə CAVAB

Ronaldodan homoseksual olması xəbərinə   CAVAB
23:37 13 Dekabr 2015
25 İdman
Ölkə mətbuatı
A- A+

Kriştiano Ronaldo homoseksual olması ilə bağlı iddialara cavab verib. Fanat.az xəbər verir ki, "Real"ın portuqaliyalı ulduzu mərakeşli kikboksçu Badr Hari ilə sevgili olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib:

"Haqqımda yayılan xəbərləri oxuyuram. Homoseksual deyiləm. Olsaydım, bunu gizlətməzdim. Liqanın ilk həftələrində şəxsi həyatımda bəzi problemlər yaranmışdı. Motivasiya problemləri yaşayırdım. Bütün fanatlarımdan üzr istəyirəm".
 
Qeyd edək ki, Ronaldonun Badr Hari ilə sevgili olduğu və futbolçunun sevgilisini görmək üçün ayda 2-3 dəfə şəxsi təyyarəsiylə Mərakeşə uçduğu deyilirdi.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-ronaldodan-homoseksual-olmas-xbrin-t46120.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR