Xəstəxanda partlayış: 20 ölü

Xəstəxanda partlayış: 20 ölü
00:01 14 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+

Pakistanın şimal-qərb bölgəsində yerləşən Paraçinar şəhərində bazarda törədilmiş güclü partlayışdan ölənlərin sayı 20 nəfərə çatıb.Daha 50 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.

Partlayış bazarın qarşısındakı avtobus dayanacağında kustar üsulla hazırlanmış saat mexanizmli bombanın işə düşməsi nəticəsində baş verib. Pakistan xüsusi xidmət orqanlarının məlumatına əsasən, terrorçu partlayıcını çantada gizlədib, çantada 35 kiloqrama yaxın partlayıcı maddə olub. Hücumla əlaqədar 2 nəfər saxlanılıb.

Terakta görə məsuliyyəti Talibanla əlaqəli “Ləşkəri-Cəvəngi” adlı ekstrimist qruplaşma öz üzərinə götürüb. Paraçinar şəhərində əsasən şiyə müsəlmanları yaşayır. Bir çoxlarına görə, taliblərin ideyalarından məyus olan yerli ekstrimistlər İŞİD qruplaşmasına beyət etdiyindən, şiyələrin kompakt yaşadığı ərazilərdə terror təhlükəsi yüksəlib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR