Rusların türklərə atəş açması yalan çıxdı

Rusların türklərə atəş açması yalan çıxdı
00:36 14 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın "Smetlivıy" sahil-mühafizə gəmisi tərəfindən atəşə tutulduğu iddia edilən Türkiyə balıqçı gəmisinin kapitanı baş verənləri təkzib edib.

ANS PRESS-in məlumatına görə, gəminin kapitanı Müzəffər Geçici «SNN Turk» telekanalına müsahibə verərək heç bir atəşlə üzləşmədiklərini bildirib.

«Balıqçılar Rusiya gəmisinə bir mildən (1,8 kilometrdən) çox yaxınlaşmayıblar, heç kim də bizə atəş açmayıb. Əgər atəş açıblarsa belə, bizim balıqçılar heç nə eşitməyiblər»,- deyə Geçici vurğulayıb. Onun sözlərinə görə, gəmi həmin an hərəkətdə olmayıb.

Türkiyəli kapitan bildirib ki, gəminin videomüşahidə kameralarının görüntüləri Türkiyənin sahil mühafizə xidmətinə verilib.

Dekaborın 13-də Rusiyanın«Smetlivıy» sahil-mühafizə gəmisi Egey dənizində, Yunanıstanın Lemnos adasının 22 kilometrliyində Türkiyəyə məxsus balıqçı gəmisinə atəş açdığını bildirmişdi. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, balıqçı gəmiisi Rusiya gəmisinin 600 metrliyinə yaxınlaşdığına görə, onunla toqquşmamaq üçün bu addım atılmışdı.


Rusiya hərbi dəniz qüvvələrinə məxsus "Smetlivı" mühafizəçi gəmisi

Baş verənlə bağlı Türkiyənin hərbi attaşesi həmin gün təcili surətdə Rusiya Müdafiə Nazirliyinə çağrılıb.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367178

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR