Taekvondo üzrə dünya kuboku yarışlarında uğurla çıxış edən Azərbaycan yığması Vətənə qayıdıb

Taekvondo üzrə dünya kuboku yarışlarında uğurla çıxış edən Azərbaycan yığması Vətənə qayıdıb
01:58 14 Dekabr 2015
39 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 dekabr, Məmməd İsayev, AZƏRTAC
Meksikanın paytaxtı Mexikoda taekvondo üzrə milli komandalar arasında dünya kuboku yarışlarında uğurla çıxış edən Azərbaycan yığması Vətənə qayıdıb.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların təntənəli qarşılanma mərasimi olub.
Dünya Taekvondo Federasiyası tərəfindən təşkil edilən yarışda kuboka sahib olan kişilərdən ibarət yığma komandamızı azarkeşlər, Azərbaycan Taekvondo Federasiyasının (ATF) nümayəndələri və jurnalistlər qarşılayıblar.
Yığma komandamızın baş məşqçisi Reza Mehmandosut, böyük məşqçi Elnur Amanov və ATF-ın vitse-prezidentləri idmançılarımızın çıxışını yüksək qiymətləndiriblər. Qeyd ediblər ki, millimiz dünya kubokunda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu, həqiqətən də möhtəşəm uğurdur.
Vurğulanıb ki, dövlətimizin diqqət və qayğısı nəticəsində Azərbaycan idmançıları beynəlxalq yarışlarda yüksək nəticələr qazanırlar.
Qazandıqları qələbəni Azərbaycan xalqına həsr etdiklərini söyləyən idmançılar yaradılan yüksək səviyyəli şəraitə görə federasiya rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Ayxan Tağızadə, Radik İsayev, Məhəmməd Məmmədov, Səid Quliyev, Sina Bahrami və Milad Beigi Hərçəqanindən ibarət milli komandamız Belçika, Özbəkistan, Koreya Respublikası, finalda isə güclü İran yığması üzərində inamlı qələbə qazanaraq dünya kubokunu əldə diblər.
Milli komandamızın baş məşqçisi Reza Mehmandosut yarışın ən yaxşı məşqçisi, Milad Beigi Hərçəqani isə ən yaxşı kişi taekvondoçusu seçilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Taekvondo_uzre_dunya_kuboku_yarislarinda_ugurla_chixis_eden_Azerbaycan_yigmasi_Vetene_qayidib-910933

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR