Ulu öndər Heydər Əliyevin xatirəsi Haaqada anılıb

03:08 14 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Haaqa, 14 dekabr, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin vəfatının 12-ci ildönümü ilə əlaqədar Azərbaycanın Niderlanddakı səfirliyində anım mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan səfir Mirhəmzə Əfəndiyev görkəmli dövlət xadimi, müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin yarım əsrə yaxın dövrü əhatə edən parlaq siyasi fəaliyyətinin tarixi əhəmiyyəti, müstəqil dövlətçiliyimizin inkişafında müstəsna xidmətləri barədə məlumat verib.
Diplomat ulu öndər Heydər Əliyevin Azərbaycanın bugünkü sürətli inkişafının təməli olan uzaqgörən neft strategiyası barədə danışıb və bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini vurğulayıb.
Səfirliyin əməkdaşlarının və yerli ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə Ulu Öndərin zəngin həyat yolundan bəhs edən sənədli film nümayiş olunub.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Haaqa

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ulu_onder_Heyder_Aliyevin_xatiresi_Haaqada_anilib-910935

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR