Qarabağda məhv edilən erməni snayper (FOTO)

Qarabağda məhv edilən erməni snayper (FOTO)
04:36 14 Dekabr 2015
88 Digər
Ölkə mətbuatı
A- A+

Dekabrın 11-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağda məhv edilən erməni snayper haqqında bəzi təfərrüatlar məlum olub.

ANS PRESS-in məlumatına görə, müqavilə əsasında hərbi xidmət göstərən Karen Qriqoryan Dağlıq Qarabağa Qazaxıstandan gəlib.

Snayperin valideynlərinin news.am saytına açıqlamasında bildiriblər ki, K.Qriqoryan Qazaxıstanda dayısı, bacısı və qardaşları ilə yaşayırdı. Məhv edilən erməni snayper Ermənistanın Ararat vilayətinin Masis rayonunda anadan olub.

Dekabrın 11-də azərbaycanlı snayperin açdığı atəşdən ağır yaralanan Karen Qriqoryan 1 gün sonra hərbi qospitalda ölüb. Azərbaycan Müdafiə Nazirliyi dəfələrlə bəyan edib ki, ermənilər cəbhə xəttinə muzdlu döyüşçüləri cəlb edir. Qazaxıstandan Azərbaycanın işğal olunmuş torpaqlarına gələn Karen Qriqoryan da burada müqavilə ilə xidmət göstərirdi.


Karen Qriqoryan - məhv edilən erməni snayper

MN bəyan edir ki, ermənilər Dağlıq Qarabağdan olan hərbi qulluqçuların, silahlandırılıb zorla səngərlərə yerləşdirilən mülki əhalinin, eləcə də Yaxın Şərqin müxtəlif qaynar nöqtələrindən topladıqları muzdluların cəbhədə Azərbaycan əsgəri tərəfindən məhv edilməsi faktlarını gizlədirlər. Çünki belə olan halda həmin muzdlu döyüşçülərin ölüm faktlarını gizlətmək çox asan olur. Buna görə də Ermənistan tərəfi döyüş itkilərinin sayını ən azı iki dəfə azaldır.

Həmçinin oxuyun: Müdafiə Nazirliyi cəbhədə ermənilərin itkilərini açıqladı

Ermənistan kütləvi informasiya vasitələrinin məlumatına görə, son 11 ay ərzində ümumilikdə 63 erməni hərbçisi ölüb, onlardan 33 nəfəri döyüşdə dünyasını dəyişib. Azərbaycan MN isə bəyan edir ki, ermənilər itkiləri gizlədir. İl ərzində Ermənistan tərəfi cəbhədə yüzdən artıq itki verib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367195

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR