Neft ucuzlaşdı, dollar bahalaşdı (CƏDVƏL)

Neft ucuzlaşdı, dollar bahalaşdı (CƏDVƏL)
06:01 14 Dekabr 2015
56 Digər
Ölkə mətbuatı
A- A+

Dünya birjalarında neftin bir barelinin qiyməti ucuzlaşmaqda davam edir.

ANS PRESS-in məlumatına görə, “Brent” markalı neftin bareli 37,75 dollara düşüb. “Texas” (WTI) markalı neftdə isə cüzi bahalaşma qeydə alınıb. Birjaların verdiyi son məlumatlara görə, "Texas" markalı neftin qiyməti 35.39 dollar təşkil edib.

Ötən həftə "Brent"in maksimum qiyməti 39,77 dollar, minimum isə 37,13 dollar/barel təşkil edib.



“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,52 dollar ucuzlaşaraq 40,42 dollar təşkil edib. Ötən həftə (7-11 dekabr) ərzində Azərbaycanın AZERI LT (CIF) növlü neftin orta qiyməti 40,74 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 3,86 dollar/barel azdır. Ötən həftə ərzində AZERI LT-nin qiyməti maksimum 41,87, minimum isə 38,9 dollar/barel təşkil edib.

Əmtəə birjalarında qızılın qiymətində isə dəyişiklik olmayıb. Belə ki, qızılın qiyməti 1 qram üçün 34.61 dollar olub. Gümüşün qiymətində isə demək olar ki, dəyişiklik olmayıb. Birjalarda gümüşün qiyməti 1 qram üçün 0.44 dollar müəyyənləşib.



Dolların məzənnəsində isə yüksəliş, avroda isə eniş müşahidə olunub. Mərkəzi bankın məlumatına görə, dünən 1 ABŞ dollarının qiyməti 1.0495 AZN təşkil edib. Avropa valyutasında isə bahalaşma müşahidə olunur. Avrozona valyutasının qiyməti, 1 euro üçün 1.1478 AZN olub. Rusiya valyutasında da cüzi enmə müşahidə olunub. 1 rublun qiyməti 0.0152 AZN, 1 Türk lirəsi isə 0,3583 AZN olaraq müəyyənləşib.



Azərbaycan Mərkəzi Bankının ən son məlumatlarına görə ölkəmizdə xarici valyutaların məzənnəsi belədir:

1 ABŞ dolları – 1.0495 AZN
1 Euro – 1.1478 AZN
1 rus rublu – 0.0152 AZN
1 türk lirəsi – 0,3583 AZN

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367199

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR