Moskvadan Ankaraya daha bir ittiham

Moskvadan Ankaraya daha bir ittiham
07:22 14 Dekabr 2015
44 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya Türkiyənin İraqın şimalındakı hərəkətlərini qanunsuz hesab edir, hansısa arqumentlərlə bu müdaxiləyə haqq qazandırmaq çətindir.
Milli.Az "Report"a istinadən bildirir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilov bəyan edib.
"Biz hesab edirik ki, İraqın şimalında baş verənlər, Türkiyənin qanunsuz hərəkətləridir, çünki bu, qonşu dövlətin ərazisinə müdaxilədir, özü də belə bir miqyasda. Buna hazırlıq, treninq və sair arqumentlərlə haqq qazandırmaq çətindir. Ona görə də bu bizdə narahatçılıq yaradır", - deyə o bildirib.
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR