Milyarderlərdən tarixi qərara dəstək

Milyarderlərdən tarixi qərara dəstək
07:52 14 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+

Böyük Britaniyanın ən iri biznes lobbisi sayılan "CBI" qrupu Fransa paytaxtı Parisdə BMT-nin xətti ilə "iqlim sazişinin" bağlanmasını alqışlayıb.

Milli.Az anspress-ə istinadən bildirir ki, Britaniya Sənaye Konfederasiyasının baş direktoru Kerolin Feyrbeyrn iqlim dəyişikliyinin qarşısını almaq üçün dünya ölkələri arasında əldə olunmuş tarixi razılaşmanın biznes üçün inanılmaz imkanlar yaradacağını bəyan edib.

Habelə xanım lider Britaniya hökümətinin ekoloji-təmiz texnologiyaların inkişafına daha böyük dəstək göstərməli olduğunu hesab edir. Feyrbeyrn Britaniya hökümətinin daha təmiz, daha səmərəli və daha təhlükəsiz enerji sektoruna, o cümlədən təkrar istehsal texnologiyaları və ekoloji təmiz elektrik stansiyalarının yaradılmasına lazımı investisiya cəlb etmək üçün ölkədə bütün üçün stabil mühit təşkil etməlidir.

Paris paktına əsasən dünya ölkələri qlobal istiləşməni 2 selsi dərəcədən aşağı saxlamağa razılaşıb və bunun üçün də atmosferi çirkləndirən istixana qazlarını əhəmiyyətli dərəcədə azaltmaqla bağlı öhdəliklər götürüb.

Fransa paytaxtında 2 həftəyə yaxın davam edən gərgin danışıqlarda 200 -ə yaxın ölkənin hökümət nümayəndəsi iştirak edib. Bəzi müddəaları icbari bəziləri isə tövsiyyə xarakterli olan saziş 2020-ci ildə qüvvəyə minəcək.

Fransanın xarici işlər naziri Loran Fabiüsun razılaşmanın qəbul olunduğuna dair açqılaması konfrans iştirakçıları arasında böyük coşqu və alqışlarla qarşılanıb.

"Sazişə dair münasibətin müsbət olduğunu, heç bir maneənin olmadığını görürəm. Saziş qəbul olunmuşdur", deyə Loran Fabius bildirib.

Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama razılaşmanı tarixi nailiyyət adlandırıb:

"Bu gün amerikalılar fəxr edə bilərlər. Çünki bu, Amerika rəhbərliyinin fəaliyyətinin bəhrəsidir. Son 7 ildə biz Amerika Birləşmiş Ştatlarını iqlim dəyişikliyinə qarşı mübarizə aparan lider ölkəyə çevirdik".
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/389974.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR