Müğənni Ramal İsrafilov xalq artisti Aygün Kazımovaya jest edib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Onlar"a açıqlama verən ifaçı xalq artisti üçün "Satıcı qız" mahnısını yazıb. Mahnıya çəkiləcək klipdə Ramal Aygün Kazımovanı satıcı qız obrazında gördüyünü deyib:
"Aygün xanım satıcı qız olacaq. Pul yığmır, sadəcə qəzet satan qızdır".
Aygün Kazımova ilə münasibətlərini yoluna qoyan Ramal artıq onların arasına heç kimin girə bilməyəcəyini söyləyib:
"Bizim aramıza kim girsə, mən hər hansı mahnı ilə o araya girənləri baltalaya bilərəm". Ramal tez-tez Türkiyədə olan həmkarlarından birinə atmaca da atıb:
"Divanın atdığı addımları heç kim atmayıb, bundan sonra da atmayacaq. Nəyisə edənlər də hər hansı işi ondan sonra görənlərdir. Divadan sonra gələn gənclər harada parlayırsa-parlasın - istər Türkiyədə, istərsə də Moskvada - Aygün yolu qoyub artıq".
Milli.Az