Sirkdə 25 metr hündürlükdən yıxıldi

Sirkdə 25 metr hündürlükdən yıxıldi
08:32 14 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Rusiyada "Nikulin" sirkində "Damla" fənnini yerinə yetirərkən gimnast Darya Kuzmina 25 metr hündürlükdən manejin üstünə yıxılıb. Trend bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Sirkin mətbuat xidmətinin başçısı Yuri Nikulin bildirib ki, xilasedici torun hansı səbəbdən cırıldığını hələ ki bilmir: "Bu nömrə sığortasız yerinə yetirilir. Yeganə sığorta isə xilasedici tordu. Darya məhz onun üzərinə yıxılmalı idi, o isə, naməlum səbəbdən cırıldı", - deyə Nikulin bildirib.

Qeyd olunur ki, gimnast dərhal xəstəxanaya yerləşdirilib, "Damla" fənni isə premyerası 23 oktyabr tarixində baş tutmuş "Karnaval" tamaşasının proqramından çıxarılıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR