Pakistanda baş vermiş partlayış nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb

Pakistanda baş vermiş partlayış nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb
08:53 14 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+



İslamabad, 14 dekabr, AZƏRTAC
Dekabrın 13-də Pakistanın Paraçinar şəhərindəki bazarın girəcəyində baş vermiş partlayış nəticəsində son məlumata görə həlak olanların sayı 23 nəfərə çatıb.
Partlayışda təxminən 50 adam yaralanıb, onlardan da 10-nun vəziyyəti ağırdır. Bazarda baş vermiş terrorçuluq aktını törədənlərin ikisi artıq tutulub. Qanlı hadisə ilə bağlı cinayət işi açılıb, istintaq aparılır.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR