İŞİD İsis adlı gənc qızın başına bəla olub

İŞİD İsis adlı gənc qızın başına bəla olub
08:57 14 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Hollandiyanın Enschede şəhərində yaşayan 16 yaşlı qız 2012-ci ildən adı ilə bağlı çətin vəziyyətə düşüb. 

O, adı ilə bağlı maneəylə axırıncı dəfə internetdən ayyaqqabı almaq istəyəndə rastlaşıb. Adını yazanda ayaqqabı almaq sifarişi geri qaytarılıb. 
Gənc qızın adı Isisdir. Ata- anası ona bu adı qədim Misirdə bərəkət və sevgi tanrısı sayılan Isis-in adını qoyub.

Ancaq İŞİD terror qruplaşması İraq və Suriya torpaqlarını ələ keçirəndən sonra adı İsis üçün problem yaratmağa başlayıb. Çünki Isis ingilis dilində İŞİD-in qarşılığı kimi işlənir. Qərb dünyasında İŞİD "İsis" kimi tanınır. 

UYĞUN OLMAYAN AD...

Milli.Az azadliq.org-a istinadən bildirir ki, Isis internetdən bir cüt ayaqqabı sifariş edir. İnternet saytında uyğun bölmədə bütün məlumatları yerləşdirir. Ancaq ayaqqabının üstünə yazılacaq bölməyə "Isis" yazada sifarişi qəbul edilmir. Bu adın yazılmasının şirkətin qaydalarına zidd olduğu göstərilir.

Nike firması uyğun olmayan, ayrı-seçkilik bildirən və həqarət doğuran adların yazılmasına icazə vermir. 

"MƏNİ GÖRƏN KİMİ SİLAH SƏSİ ÇIXARDIRLAR"

Belçikalı Libeert ailəsinin 90 ildir istehsal etdiyi, nağıl fiqurlarıın əks etdirən Isis şokoladları İŞİD-in ortaya çıxmasından sonra müştərilərini itirməyə başlayıb. Buna görə də belçikalı ailə şokoladların adını Libeert-lə əvəz edib.
Isis, RTV Oost kanalına bildirib ki, məktəbdə sinif yoldaşları onu görən kimi silah səsləri çıxarmağa başlayırlar. Adının altına "Allahuəkbər" yazıldığını, tez-tez ələ salındığını deyən, Isis bildirib ki, artıq adını dəyişmək istəyir.  

Isis adını ata-anasının ona sevərək qoyduğunu bildirən gənc qız xüsusilə Parisdə baş verən terror hadisələrindən sonra adına qarşı münasibətin pisləşdiyini bildirib.

Hollandiyada və Belçikada bəzi ailələr qızlarına Isis adı qoyurlar. Amma son vaxtlar uşaqlarına Isis adı qoyaların sayı azalır.

Hollandayada mədəniyyətlə bağlı araşdırmalar aparan Meerteens İnstitutu bildirir ki, 2012-ci ildə 201 qıza Isis adı qoyulub. Keçın il isə bu rəqəm 101 olub.
İŞİD-in qısaltma adı ilə eyni adı daşıyan belçikalı şokolad istehsalçısı da keçən il adını dəyişmək məcburiyyətində qalıb. 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/389953.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR