Bu gün Avropa Liqasının püşkü atılır

Bu gün Avropa Liqasının püşkü atılır
09:17 14 Dekabr 2015
32 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Avropa Liqasının 1/16 final mərhələsinin püşkü atılacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yarışın qrup mərhələsinin 24 qalibi və Çempionlar Liqasının 3-cü yer sahibləri mükafat uğrunda mübarizəni davam etdirəcək.
 
İsveçrənin Nyon şəhərindəki tədbir Bakı vaxtı ilə saat 16:00-da start götürəcək. Mərasim öncəsi bu 32 komanda səbətlərə bölünüb. Qrup qalibləri səpələnmiş, ikinciləri səpələnməmişlər sırasında düşüb. Çempionlar Liqasından gələn 8 komanda isə reytinqinə əsasən bu səbətlərə bərabər bölünüb.
 
Səpələnmişlər: "Molde" (Norveç), "Liverpul" (İngiltərə), "Krasnodar" (Rusiya), "Napoli" (İtaliya), "Rapid" (Avstriya), "Braqa" (Portuqaliya), "Latsio" (İtaliya), "Lokomotiv" (Rusiya), "Bazel" (İsveçrə), "Tottenhem" (İngiltərə), "Şalke" (Almaniya), "Ahletik" (İspaniya), "Mançester Yunayted"* (İngiltərə), "Bayer"* (Almaniya), "Olimpiakos"* (Yunanıstan),"Porto"* (Portuqaliya)
 
Səpələnməmişlər: "Fənərbağça" (Türkiyə), "Syon" (İsveçrə), "Borussiya" (Dortmund, Almaniya), "Midtyulland" (Danimarka), "Vilyarreal" (İspaniya), "Marsl" (Fransa), "Sent-Etyenn" (Fransa), "Sportinq" (Portuqaliya), "Fiorentina" (İtaliya), "Anderlext" (Belçika), "Sparta" (Çexiya), "Auqsburq" (Almaniya), "Şaxtyor"* (Ukrayna), "Qalatasaray"* (Türkiyə), "Sevilya"* (İspaniya), "Valensiya"* (İspaniya)
 
Çempionlar Liqasının qrup üçüncüsü kimi Avropa Liqasına qoşulanları göstərir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/389990.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR