​İbrahimoviç meydana girən azarkeşə futbolkasını hədiyyə edib

09:42 14 Dekabr 2015
15 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 14 dekabr. REPORT.AZ/ Fransa çempionatında XVIII turun PSJ - "Lion" matçından sonra maraqlı hadisə yaşanıb. "Report"un məlumatına görə, baş hakimin final fitinin ardından Paris təmsilçisinin gənc azarkeşi meydana girərək Zlatan İbrahimoviçin yanına qaçıb.
İsveçli futbolçu azarkeşi qucaqlayıb və ona öz futbolkasını hədiyyə edib. Bundan sonra azarkeş mühafizə xidmətinin əməkdaşlarının müşayiəti ilə meydanı tərk edib.
Qeyd edək ki, görüş PSJ-nin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Zlatan İbrahimoviç "Lion"un qapısından 2 top keçirib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR