Şok kadrlar: Rusiyanın "terrorla mübarizə"si budur FOTO

Şok kadrlar: Rusiyanın "terrorla mübarizə"si budur FOTO
10:22 14 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya rəhbərliyi Suriyada terrorçulara qarşı mübarizə apardıqlarını, prezident Bəşər Əsədin legitim hakimiyyətini dəstəklədiklərini deyir.
Rusiyanın Suriyanın Latakiya bölgəsində, Hmeymim şəhərində yerləşən aviabazasından hər gün səmaya qalxan onlarla təyyarə yüzlərlə hədəfə raket-bomba zərbələri endirir.

Rusiyanın hakimiyyət dairələri həmin hədəflərin arasında dinc insanların, şəhərlərin və yaşayış məntəqələrinin olmadığını deyir.
Bu gerçəkdirmi?

Əfsuslar olsun ki, belə deyil.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Rusiyanın qırıcı-bombardmançı təyyarələri dünən Suriyanın paytaxtı Dəşəqin Duma və Xuta səmtlərini bombalayıblar.

Bombardmanda 33 nəfərin həlak olduğu, yüzlərlə dəməşqlinin yaralandığı deyilir.
Rusiya təyyarələri daha sonra Dəməşq yaxınlığındakı Səqba və Hərasta şəhərlərini də bombalayıblar.

Milli.Az





























Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/389995.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR