Dollar ucuzlaşdı, avro bahalaşdı

Dollar ucuzlaşdı, avro bahalaşdı
10:27 14 Dekabr 2015
40 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün dekabrın 11-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi ucuzlaşıb.

APA-nın məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 14-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi dekabrın 11-i ilə müqayisədə 0,0001 manat və ya 0,01% azalaraq 1,0494 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası bu gün 0,0023 manat və ya 0,20% bahalaşaraq 1,1501 manata yüksəlib.

Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,0003 manat və ya 1,97% azalaraq 0,0149 manat səviyyəsində qərarlaşıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/390008.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR