Yolda vurulan 5-ci sinif şagirdi xəstəxanada keçindi

Yolda vurulan 5-ci sinif şagirdi xəstəxanada keçindi
10:37 14 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+

Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə rayonun Mırtı kəndində qeydə alınıb.

Rayon sakini Ayaz Osmanov idarə etdiyi 99-EV-471 dövlət nömrə nişanlı, "Ford" markalı avtomobillə hərəkətdə olarkən velosipedlə qarşısına çıxan Mırtı kənd sakini, 2004-cü il təvəllüdlü Əzizov Pərvin Saqif oğlunu vurub. Hadisə zamanı ağır bədən xəsarətləri alan Pərvin Əzizov təcili olaraq Göyçay Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Mırtı kənd orta məktəbinin 5-ci sinif şagirdi Pərvin Əzizov orada dünyasını dəyişib.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/390020.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR