“İş yerinə dair arayış” e-xidmətindən 203 320 dəfə istifadə olunub

“İş yerinə dair arayış” e-xidmətindən 203 320 dəfə istifadə olunub
10:44 14 Dekabr 2015
17 Sosial
Ölkə mətbuatı
A- A+

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron Hökumət” portalı üzərindən təqdim etdiyi “İş yerinə dair arayış” elektron xidmətindən istifadə sayı ötən ay cari ilin yanvar ayı ilə müqayisədə 2,5 dəfədən çox artaraq 25570-ə çatıb.

ƏƏSMN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “İş yerinə dair arayış” e-xidməti əhalinin ən çox istifadə etdiyi e-xidmətlərdən biridir. Buna səbəb hər bir vətəndaşın həmin e-xidmət vasitəsilə real vaxt rejimində istənilən vaxt öz iş yeri haqqında ümumi təyinatlı, yaxud konkret bir quruma təqdim etmək üçün e-arayış əldə edə bilməsidir. Belə ki, “E-Hökumət” portalında autenfikasiyadan keçən hər bir vətəndaş müvafiq e-xidməti seçdikdən sonra portal tərəfindən avtomatik olaraq formalaşdırılan “İş yerinə dair arayış”ı müvafiq təşkilata elektron şəkildə göndərmək, yaxud çap edərək təqdim etmək imkanına malikdir.

Arayışda işəgötürən barədə məlumatlar, habelə onun əlaqə nömrəsi, əmək müqaviləsinin bağlandığı tarix, işçinin şəxsi məlumatları və s. əksini tapır. Digər tərəfdən, arayışın təqdim edildiyi qurumlar onun üzərindəki ştrix-koddan istifadə etməklə "E-hökumət" portalında bu sənədin həqiqiliyini, oradakı məlumatların düzgünlüyünü yoxlaya bilirlər.

Qeyd edək ki, ötən ilin dekabrında istifadəyə verilən “İş yerinə dair arayış” e-xidmətindən cari ilin 01 dekabr tarixinədək 203320 dəfə istifadə olunub.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225055

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR