"Nəzər nöqtəsi" qayıtdı - FOTO

"Nəzər nöqtəsi" qayıtdı - FOTO
10:47 14 Dekabr 2015
204 Digər
Ölkə mətbuatı
A- A+

Bu gündən ANS-in məşhur "Nəzər nöqtəsi" proqramı yenidən efirə qayıdır.

Bu barədə modern.az-a proqramın aparıcı jurnalist Eldəniz Elgün məlumat verib. 17 ildən sonra yenidən canlı efirə qayıdan jurnalist aparıcı olduğu "Nəzər nöqtəsi" haqqında bunları deyib:

""Nəzər nöqtəsi" həftədə beş gün yayımlanacaq. Yayım müddəti yarım saat olacaq. Budəfəki "Nəzər nöqtəsi"nin özəlliyi ondan ibarətdir ki, analitik təhlillərlə yanaşı, hər verilişdə tamaşaçıları informasiya ilə təmin etməyə çalışacağıq. İstəyirik ki, verilişin informasiya yükü daha çox olsun".

Aparıcı "Nəzər nöqtəsi" vasitəsilə tamaşaçıları siyasi proqramlara maraq göstərməyə çağırıb: "Tamaşaçıları yenidən bu cür siyasi verilişlərə maraq göstərməyə çağırıram. Hesab edirəm ki, "Nəzər nöqtəsi" onların bütün siyasi informasiya maraqlarını tam təmin edə biləcək. Özümüzü jurnalistikada keçmiş məktəbin yetirmələri hesab edirik. Yeni formatda keçmiş jurnalistikaya geri qayıdırıq. Baxsalar, uduzmazlar!"

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/390013.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR