İtalyanın məşhur müğənnisi Bakıda konsert verəcək

10:52 14 Dekabr 2015
26 Şou
Ölkə mətbuatı
A- A+

"Report" xəbər verir ki, bu barədə məlumatı Heydər Əliyev Mərkəzi yayıb.
Konsert Heydər Əliyev Mərkəzinin dəstəyi ilə təqdim olunacaq.
2016-cı il aprelin 24-də keçiriləcək möhtəşəm şounun biletləri yanvar ayından satışa çıxarılacaq.
Qeyd edək ki, 1982-ci ildə ilk mahnısını təqdim edən bəstəkar-müğənni Eros Ramazotti iki il sonra San-Remo festivalında çıxış edib. Festivalın “Debütantlar” nominasiyasında qalib olan E.Ramazotti karyerasına dünyada məşhur müğənni kimi imza ata bilib.
Bu günədək 13 musiqi albomu işıq üzü görən E.Ramazotti 30 ildən artıq müddətdə İtaliyanın ən məşhur müğənniləri sırasındadır. Onun mahnıları İtaliya, Almaniya, Avstriya və Avropanın bir sıra ölkələrində musiqi hitlərinə liderlik edib.
Musiqi albomları dünyada milyonlarla tirajda satılan E.Ramazottinin 2015-ci ildə çıxan 13-cü “Perfetto” adlı musiqi albomu 38 ölkədə “ən yaxşı 20-lər” sırasına daxil olub.
Qeyd edək ki, E.Ramazottinin Bakı konserti də “Rerfetto” dünya turu çərçivəsində təşkil olunacaq.

Xəbərin orijinal ünvanı: http://report.az/sou-biznes/i-talyanin-meshur-mugennisi-bakida-konsert-verecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR