Bakıda dayı bacısı oğlunun qanını tökdü

Bakıda dayı bacısı oğlunun qanını tökdü
11:01 14 Dekabr 2015
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda dayı öz doğma bacısının övladını qanına qəltan edib. Bakı şəhər Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hadissə dekabrın 14-ə keçən gecə Qaradağ rayaonu Lökbatan qəsəbəsində qeydə alınıb.

Saat 01:00 radələrində 1994-cü il təvəllüdlü Lökbatan qəsəbə sakini Zaur Novruzov dayısı Vahid Novruzov tərəfindən bıçaqlanıb. Gənc oğlan xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

ANS PRESS-in Trend-ə istinadla verdiyi məlumata görə, qətl hadisəsinin baş verməsinə səbəb Zaurun anası - 1974-cü il təvəllüdlü Təranə Hüseynova ilə dayısı Vahid Novruzov arasında ailə münaqişəsi zəminində mübahisənin yaranması olub. Z.Novruzov mübahisə edənləri aralayan zaman dayısı tərəfindən bud nahiyəsindən bıçaq zərbəsi alıb.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=367209

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR