Futzal üzrə Azərbaycan millisinin rəqibi gələn il Serbiyada müəyyənləşəcək

Futzal üzrə Azərbaycan millisinin rəqibi gələn il Serbiyada müəyyənləşəcək
11:18 14 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 dekabr, AZƏRTAC
Xəbər verdiyimiz kimi, Xorvatiyada təşkil olunan futzal üzrə dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandası qrup lideri olaraq play-off-a vəsiqə qazanmışdı.
AZƏRTAC xəbər verir ki, play-off mərhələsinin püşkatma mərasimi gələn il fevralın 12-də Serbiyanın paytaxtı Belqradda təşkil olunacaq. Bu mərhələnin oyunları isə martın 22-də və aprelin 12-də keçiriləcək.
Qeyd edək ki, Osiyek şəhərindəki Dvorana Gradski VRT idman kompleksində təşkil olunan seçmə mərhələdə Azərbaycan millisi İsveçi 8:2, Belarus yığmasını 7:2 hesabı ilə məğlub etmiş və Xorvatiya komandası ilə oyundan 4:4 hesablı heç-heçə ilə ayrılmışdı.
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR