Türkiyəli müğənnidən Aygün Kazımovaya təklif

Türkiyəli müğənnidən Aygün Kazımovaya təklif
11:26 14 Dekabr 2015
45 Şou
Ölkə mətbuatı
A- A+

Xalq artisti Aygün Kazımovanın türkiyəli ifaçı Çeliklə duet oxuması gözlənilir.

Axşam.az-ın məlumatına görə, bu haqda təşkilatçı Nahid Emiloğlu xəbər verib. O, mahnını Çelikin yazacağını bildirib:

“Çelik Türkiyədə təkcə  müğənni kimi deyil, bəstəkar kimi də məşhurdur. Mahnılarının əksəriyyətini özü yazır. Hazırda gözəl bir mahnısı var. Bildirib ki, onu Aygün Kazımova ilə birlikdə ifa etmək niyyətindədir. Yəqin ki, mahnını dinləyib bəyənər”.

Qeyd edək ki, Aygün Kazımova və Çelik Dekabrın 31-də Bakı Əyləncə Mərkəzində konsert verəcək.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42437

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR