Yüzlərlə Santa içdilər, sərxoş oldular, əyləndilər - FOTO

Yüzlərlə Santa içdilər, sərxoş oldular, əyləndilər - FOTO
11:27 14 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Dünən Londonun mərkəzi küçələrini yüzlərlə Sant-Klaus dolaşıb.

Santa-Klaus, cırtdanlar, marallar və Milad Bayramının digər personajlarının geyimlərində olan insanlar "SantaCon" bayramına qatılmışdılar.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, ilk dəfə ABŞ-ın Nyu-York şəhərində keçirilən, sonra isə dünyanın müxtəlif yerlərində qeyd olunmağa başlanan "Pub Crawl" festivalının tərkib hissəsi olan "SantaCon"da əyinlərində Santa Klaus geyimləri olan kişilərlə qadınlar Londonda içərək əyləniblər.

Sərxoş "Santa"ların təhlükəsizliyini yüzlərlə polis təmin edib. Bayramın sonuna yaxın səndirləyən və ayaq üstə dura bilməyənləri isə polis mikroavtobuslara mindirərək evlərə daşıyıb.

Milli.Az
























































Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/389996.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR