"PAŞA Sığorta" "Sığortaçı Akademiyası" layihəsinə start verib

"PAŞA Sığorta" "Sığortaçı Akademiyası" layihəsinə start verib
11:33 14 Dekabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 dekabr, AZƏRTAC
"PAŞA Sığorta" şirkəti "Sığortaçı Akademiyası" sosial layihəsinə start verib.
Şirkətdən AZƏRTAC-a bildiriblər ki, təlimlər ödənişsizdir və məqsəd ölkəmizdə sığorta maarifləndirməsini artırmaqdır. "Sığortaçı Akademiyası" və "ASAN School" könüllülük proqramının "ASAN Kadr" karyera mərkəzinin birgə təşkilatçılığı ilə dekabrın 3-5-də 25 ASAN könüllüyə "Sığorta işinin əsasları və korporativ idarəetmə" mövzusunda ilk təlim keçirilib. Təlim risklərin idarə olunması, sığorta işinin əsasları, sığorta iddialarının tənzimlənməsi, marketinq, insan resursları və mühasibat mövzularını əhatə edib. "PAŞA Sığorta" şirkətinin əməkdaşları tərəfindən keçirilən təlimin sonunda iştirakçılara sertifikatlar verilib.
Şirkət layihə çərçivəsində bir sıra qurumlarda, universitetlərdə bu kimi təlimlərin keçirilməsini planlaşdırır.


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR