Jurnalist Rauf Mirqədirovun işi üzrə məhkəmə istintaqı yekunlaşıb

11:42 14 Dekabr 2015
15 Sosial
Ölkə mətbuatı
A- A+

“Report”un xəbərinə görə, hakim Əlisultan Osmanovun sədrlik etdiyi proses qapalı olub. 
Prosesdən sonra jurnalistlərə açıqlama verən R.Mirqədirovun vəkili Fuad Ağayev bildirib ki, iş üzrə məhkəmə istintaqı yekunlaşıb. 
Onun sözlərinə görə, hakim çıxış etmək üçün prokurora vaxt verib.
Növbəti məhkəmə prosesi dekabrın 16-a təyin olunub. 
Qeyd edək ki, R.Mirqədirov ötən ilin aprel ayında Türkiyədə saxlanılıb. Jurnalist daha sonra Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR