Rus Dram Teatrında “Məhəbbətlə zarafat etmirlər”

Rus Dram Teatrında “Məhəbbətlə zarafat etmirlər”
11:43 14 Dekabr 2015
42 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 dekabr, AZƏRTAC
Yeni il qabağı S.Vurğun adına Dövlət Rus Dram Teatrı maraqlı tamaşalarla teatrsevərlərin görüşünə gələcək. Belə ki, dekabrın 27-də teatrda P.Kalderonun lirik komediya janrında qələmə aldığı "Məhəbbətlə zarafat etmirlər" pyesi əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş olunacaq.
Teatrdan AZƏRTAC-a bildirilib ki, tamaşanın quruluşçu rejissoru Anna Potapova, quruluşçu rəssamı İrina Yaryomenko, musiqi tərtibatçısı Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi Vladimir Neverovdur.
Tamaşada əsas rolları Əməkdar Artist Salman Bayramov, aktyorlar Mariya Dubovitskaya, Oleq Əmirbəyov, Murad Məmmədov, Yeganə Hüseynli və başqaları ifa edəcəklər.
Qeyd edək ki, teatrda tamaşanın premyerası 2014-ci il mayın 3-də baş tutub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR