Yunis Hüsyenov: "Hər oyundan sonra eyni sözləri demək məni bezdirir"

AZAL - "Xəzər Lənkəran" oyunundan sonra Yunis Hüseynovun mətbuat konfransı keçirilib.

"Xəzər Lənkəran"ın baş məşqçisi fərdi səhvlərdən şikayətlənib. Yunis Hüseynovun mətbuat konfransında səsləndirdiyi fikirləri sizinlə bölüşürük:

"Maraqsız, sıxıcı bir oyun alındı. Hər oyundan sonra eyni sözləri demək məni bezdirir. Mən eyni sözləri təkrar etməkdən bezirəm, amma bəzi oyunçular eyni səhvləri təkrar etməkdən bezmir. Hər dəfə fərdi səhvlərdən sonra qollar buraxırıq. Əgər AZAL-ın qol epizodları çox olsaydı, rəqibin üstün futbol sərgilədiyini deyərdim. Sıxıcı, eynisəviyyəli bir matç izlədik. Qələbə AZAL-ın oldu, rəqibi təbrik edirəm. Qış fasiləsi zamanı rəhbərliklə danışacağıq. Bəzi dəyişikliklər olmalıdır. Belə komanda ilə çempionatı sona çatdırmaq mümkün deyil".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR