İtən təyyarədən xəbər var

İtən təyyarədən xəbər var
11:51 30 Dekabr 2014
93 Dünya
Ölkə mətbuatı
A- A+

Bir necə gün öncə yoxan çıxan "AirAsia" hava şirkətinə məxsus QZ8501 səfər saylı təyyarədən xəbər var. ANS PRESS-in məlumatına görə, İndoneziyanın Surabaya adasından Sinqapura gedərkən yoxa çıxan təyyarəyə məxsus olduğu güman dilən hissələr tapılıb.

Təyyarənin içərisində 162 nəfər olub. Onun qalıqlarının İndoneziya yaxınlığında tapıldığı qeyd edilib.

Rəsmi məlumata görə, okean sularında havadan aparılan axtarışlar zamanı təyyarə qapısı və təcili vəziyyətdə çırmaq üçün olan sürüşkənə bənzəyən qaraltılar müşahidə edilib. İndoneziya Hava qüvvələrinin rəsmisi Aqus Dvi Putranto keçirilən mətbuat konfransında 10-a yaxın hissə aşkar etdiklərini deyib.

Bu açıqlamadan bir saat sonra isə tapılan qalıqların "AirAsia" təyyarəsinə məxsus olduğu təsdiqlənib.
Qalıqlar olan ərazi təyyarə ilə əlaqə itən yerdən 10 km aralıda yerləşir.

Xatırladaq ki, 155 sərnişin, 7 nəfər heyət üzvü olan təyyarə ilə əlaqə bazar günü, havaya qalxandan 50 dəqiqə sonra kəsilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR