Azərbaycan idmançısı Camal Rəhimov “Rio-2016”ya 70 lisenziya xalı qazanıb

Azərbaycan idmançısı Camal Rəhimov “Rio-2016”ya 70 lisenziya xalı qazanıb
12:28 14 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 dekabr, AZƏRTAC
Azərbaycan idmançısı Camal Rəhimov Belçikada atçılığın konkur növü üzrə CSI2* kateqoriyalı “Grote Prijs Salus” beynəlxalq turnirdə uğurla çıxış edib.
AZƏRTAC xəbər verir ki, “Excenel V” ləqəbli atla mübarizə aparan idmançımız yarışın ilk günündə 80 çapar arasında 6-cı olub və “Rio-2016”ya 25 lisenziya xalı qazanıb. Turnirin ikinci günündə 45 idmançı arasında ikinci olan Camal Rəhimov 45 lisenziya xalına sahib olub.
Beləliklə, Belçika turnirində Camal Rəhimov “Rio-2016”ya 70 lisenziya xalı əldə edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR