Azərbaycanda 8 dərəcə şaxta olacaq

Azərbaycanda 8 dərəcə şaxta olacaq
12:39 14 Dekabr 2015
30 Sosial
Ölkə mətbuatı
A- A+

Dekabrın 15-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah havanın temperaturu gecə 4-6 dərəcə, gündüz 7-10 dərəcə isti olacaq. 

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən  yağmursuz keçəcəyi, lakin şimal və şərq rayonlarında yağış, dağlıq rayonlarda sulu qar yağacağı gözlənilir. Lənkəran və Astara zonasında intensiv olacağı ehtimalı var.

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.               .

Havanın temperaturu Aran rayonlarında gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 8-13 dərəcə, dağlıq rayonlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR